Ağır qəza: YPX maşını "BMW" ilə toqquşdu
Hadisə
01.01.2025 13:56
Bakı-Sumqayıt yolunda, DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, qəzanın videogörüntüləri
sosial şəbəkələrdə yayımlanıb.
Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə
(YPX) məxsus BMW markalı avtomobillə 10-TM-138 dövlət nömrə nişanlı BMW markalı
maşın toqquşub.
Qəzanın yüksək sürət səbəbindən baş verdiyi
bildirilir. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Lakin
yaralıların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə
(BDYPİ) sorğu verilib.
tag: Qəza, Avtomobil, YPX,DYP,BDYPİ,todaypress.az,