Ağdərədə silah-sursat aşkar edildi
Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman vaxtilə orada olan Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.
TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd "SVD" silahı, 1 ədəd "RPK-74M", 1 ədəd "AK-74M", 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.
Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
tag: Qarabağ ,Ermənistan ,Silah,Müdafiə Nazirliyi ,todaypress.az,