Ağdərədə evdə yanğın baş verdi
Hadisə
02.02.2025 18:00
Ağdərə rayonunda evdə yanğın olub
Fövqəladə Hallar Nazirliyindən TodayPress-ə verilən məlumata görə, Ağdərə rayonunun Şıxarx kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 24 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: Ağdərə ,Fövqəladə Hallar Nazirliyi,Şıxarx ,Yanğın ,todaypress.az,