Ağdərə-Kəlbəcər yolunda qəza: Dörd nəfər öldü, bir nəfər yaralandı/YENİLƏNDİ
Hadisə
30.11.2024 21:23
Ağdərə-Kəlbəcər yolunda baş verən ağır yol-nəqliyyat
hadisəsində ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub.
TodayPress xəbər verir ki, avtomobilinin aşması
nəticəsində Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov
Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə
yerində ölüblər.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan
Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına
yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
20:50
Ağdərə-Kəlbəcər yolunda ölümlə nəticələnən
ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, qəza yolsuzluq avtomobilinin
aşması nəticəsində baş verib.
Qəza nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin yaralanması
bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
tag: Qəza, Ağdərə,Kəlbəcər, Ölüm, Yol- Nəqliyyat, todaypress.az,