Ağdaşda evdə meyit aşkarlandı

Hadisə

31.12.2024 15:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Ağdaş şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən TodayPress-ə verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

tag: FHN,112,Ağdaş ,Meyit,todaypress.az,