Ağdaş sakini Göyçayda su kanalında batdı

Hadisə

13.11.2024 01:21

Yuxarı Şirvan Kanalı Göyçayın Hacalıkənd kəndindən keçən hissəsində batma hadisəsi baş verib.

TodayPress xəbər verir ki, ilkin məlumata görə, gecə saatlarında suda batan şəxs Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğludur.

 

Suda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.

Ağdaş sakini İlkin Seyidov Göyçayda mal-qaraotarmaqla məşğul olur.

tag: Ölüm, Boğulma, Göyçay, Hacalıkənd, todaypress.az,