Ağdamda qəza baş verdi, xəsarət alanlar var
Hadisə
21.09.2024 08:25
Ağdamda
yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ağır xəsarət alıb.
TodayPress hadisə Ağdamın Əfətli kəndi ərazisində qeydə alınıb.
Ağdam
istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili
idarəetməni itirərək işıq dirəyinə çırpılıb.
Nəticədə
avtomobildə olan sərnişinlər - Ağdamın Rzalar kənd sakinləri Şirinov Xətai
Şəmsi oğlu və Şirinov Şahmar Sevdar oğlu müxtəlif növ bədən xəsarətləri
alıblar.
Yaralılar Ağdam
Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin
tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına
göndəriliblər.
tag: Qəza, Ağdam, VAZ-2107, Əfətli, Yol-nəqliyyat,todaypress.az,