Ağcabədidə qumbara və "Kalaşnikov" avtomatı tapıldı

Hadisə

12.02.2025 14:38

2045

Ağcabədidə 4 qumbara, 2 "Kalaşnikov" avtomatı tapılıb.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon ərzaisindən 4 qumbara, 2 "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb. Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

tag: Ağcabədi,Kalaşnikov,Qumbara,DİN,todaypress.az,