Aeroport yolunda zəncirvari qəza: 6 maşın toqquşdu
Bakıda aeroport yolunda ağır yol qəzası baş
verib.
TodayPress xəbər verir ki, hadisə şahidlərinin verdiyi
məlumata görə, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.
Yol qəzası zamanı 6 avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər
xəsarət alıb.
Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac
yaranıb.(report.az)
tag: Qəza, Bakı, Tıxac, Aeroport yolu, todaypress.az,