ADY Mingəçevirdə xəsarət alanlarla bağlı açıqlama yaydı

Hadisə

15.02.2025 13:55

2040

Ötən gecə Mingəçevirdə qatar maşınla toqquşmayıb.

TodayPress xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Bildirilib ki, Mingəçevirdə gecə saatlarında "Kia Sorento" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryolu xəttinin orta hissəsinə düşüb:

“Həmin vaxt ərazidə qatar hərəkətdə olmayıb”.

Qeyd edək ki, qəza nəticəsində dörd nəfər - 1991-ci il təvəllüdlü Tural Zahid oğlu Zeynalov, 1991-ci il təvəllüdlü Asif Alman oğlu Paşayev, 1991-ci il təvəllüdlü Gülşən Əli qızı Paşayeva və 1996-cı il təvəllüdlü Züleyxa Hüseyn qızı Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

tag: Mingəçevir,Qatar,Maşın,Toqquşma,Azərbaycan Dəmir Yolları,todaypress.az,