Abşeronda qadını avtomobil vurdu
Hadisə
26.01.2025 09:00
Abşeron rayonunun Məmmədli kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, avtomobil yolu keçən 1966-cı il təvəllüdlü İsmayılova Yeganə Hüseyin qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
tag: Abşeron ,Məmmədli ,Piyada,Maşın ,Vurma,todaypress.az,