Abşeronda Pakistan vətəndaşlarının üzərinə hasar aşdı, biri öldü

Hadisə

13.01.2025 11:51

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

TodayPress xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

İlkin məlumata görə, zavodda baş verən bədbəxt hadisə nəticəsində orada fəhlə işləyən iki Pakistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 2003-cü il təvəllüdlü Harı Prakash xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

tag: Abşeron ,Xəstəxana ,Pakistan, Ölüm, todaypress.az,