Abşeronda hündürlükdən yıxılan 42 yaşlı fəhlə öldü

Hadisə

18.11.2024 20:54

Abşeron rayonunda hündürlükdən yıxılan 42 yaşlı fəhlə ölüb.

TodayPress xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən tikintilərdən birində qeydə alınıb.

1982-ci il təvəllüdlü Radim Nüsrət oğlu İbrahimov iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

tag: Abşeron,Hadisə, Ölüm, Xırdalan, Ehtiyatsızlıq, todaypress.az,