9900 manat oğurlayan şəxs saxlanıldı
Paytaxtın Xətai rayonunda avtomobildən 9900 manat oğurlanıb. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşkarının keçirdikləri tədbirlərlə isə işlədiyi mağazadan 980 manat oğurlamaqda şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
tag: DİN,Oğru,Pul,Maşın,Todaypress.az,