9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürdü
Hadisə
07.09.2024 00:19
Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə
nəticəsində ölüb.
TodayPress xəbər verir ki, bu barədə Naxçıvan Muxtar
Respublikası Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində
2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o,
hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma
aparılır.
tag: Naxçıvan ,Ölüm, Hadisə, Elektrik Cərəyanı,todaypress.az,