9 yaşlı qız doqquzuncu mərtəbədən yıxılıb öldü
Hadisə
11.06.2024 14:00
Bakıda 9 yaşlı qız faciəvi şəkildə ölüb.
TodayPress xəbər verir ki, hadisə Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Orada yaşayan 2015-ci il təvəllüdlü Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yerə yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.(lent.az)
tag: Qız, Ölüm, Cəfər Xəndan,Xəsarət, Hadisə, todaypress.az,