78,5 kiloqramdan artıq narkotik vasitə aşkar edildi
Azərbaycanda polis əməkdaşları ötən gün ərzində narkotiklərlə bağlı əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 14-də ümumi çəkisi 78,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
tag: Polis, Narkotik, DİN, Məlumat, Əməliyyat,Todaypress.az,