70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edildi
Hadisə
26.11.2024 04:06
Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs
qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
TodayPress xəbərinə görə, müəyyən edilib ki, Məmmədov
Qəhrəman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə
Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda
qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə
səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4
aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Q.Məmmədovun əvvəllər Müdafiə Nazirliyinə
tabe olan müxtəlif vəzifələrdə işlədiyi və son olaraq Azərbaycanın Səudiyyə
Ərəbistanındakı Səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərdiyi barədə
məlumatlar var.
Bundan əvvəl Türkiyə mətbuatı noyabrın 23-də İstanbul
şəhərində polis əməkdaşları tərəfindən Azərbaycan vətəndaşında 70 kiloqram
qızıl aşkarlandığı barədə məlumat yayıb.
Belə ki, Sarıyer rayonunda ticarət mərkəzinin
yaxınlığında qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları yoxlama üçün
taksini saxlayıblar. Avtomobildə azərbaycanlı M.G.Ş. olub və o, qızılın ona
məxsus olduğunu söyləyib.
tag: Məhkəmə, Cinayət, Qızıl, Həbs-qətimkan, todaypress.az,