680 manatlıq üzük oğurlandı
Hadisə
30.11.2024 11:36
Nəsimi rayonu ərazisində oğurluq və dələduzluğun qarşısı alınıb.
Bu barədə DİN-dən TodayPress-ə məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 680 manat dəyərində qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 62 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə ayrı-ayrı vaxtlarda 2 nəfərin ümumilikdə 556 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 41 yaşlı İ.Mahmudov və 64 yaşlı İ.Abiyev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
tag: DİN, Oğurluq, Dələduzluq, Məhkum, todaypress.az,