67 yaşlı qadın dəm qazından zəhərlənərək öldü

Hadisə

28.11.2024 03:00

Bakıda 67 yaşlı qadın dəm qazından zəhərlənib.

TodayPress  xəbər verir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində fərdi yaşayış evinin hamam otağında 1957-ci il təvəllüdlü Nazıra Hacıyeva dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Dəm Qazı, Ölüm, Bakı, Zəhərlənmə, todaypress.az,