65 kq-dan çox narkotik müsadirə olundu
Hadisə
07.08.2024 11:00
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 6-da ümumi çəkisi 65 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,5 kiloqrama yaxın heroin, 63 kiloqramdan artıq marixuana və 500 qrama yaxın metamfetamin olub.
tag: Polis, Narkotik, DİN, Məlumat, Əməliyyat, todaypress.az,