62 yaşlı kişiyə ayı hücum etdi
Hadisə
30.08.2024 05:14
Oğuzda 62 yaşlı kişiyə ayı hücum edərək yaralayıb.
TodayPress xəbər verir ki, hadisə Xalxal kəndinin inzibati ərazisindəki yaylaqda baş verib.
Məlumata görə, Calut-2 qəsəbəsində məskunlaşmış, Xocalı rayon sakini, 1962-ci il təvəllüdlü Bakir Sabir oğlu Əliyev yaylaq ərazidə mal-qara otararkən ayı anidən heyvanlara hücum çəkib. Bu zaman heyvanları xilas etmək istəyən sakin özü də ayının hücumuna məruz qalıb. Əlindən və ayağından xəsarət alan Bakir Əliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
tag: Ayı, Vəhşi,Heyvan,Oğuz, Calut,todaypress.az,