46 yaşlı kişi Xəzər dənizində batdı

Hadisə

26.06.2024 15:30

"Yaşma bağları" adlanan ərazidə 46 yaşlı yaşlı kişi dənizdə batıb.

TodayPress-in xəbərinə görə, hadisə Xəzər dənizinin "Yaşma bağları" adlanan ərazisində qeydə alınıb.

Məlumata görə, 1978-ci il təvəllüdlü Hümbət İcazə oğlu Əhmədovun meyiti dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Yaşma Bağları, Xəzər Dənizi, Batmaq, Kişi, todaypress.az,