45 yaşlı kişi sirkə turşusundan zəhərlənərək öldü

Hadisə

26.11.2024 05:22

Sumqayıtda 45 yaşlı kişi ölüb.

TodayPress xəbər verir ki, hadisə 26-cı məhəlləsində yerləşən fərdi evlərin birində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ceyhun Muradxan oğlu Məhiyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. O, Bakı şəhərindəki Respublika Toksikologiya Mərkəzinə çatdırılıb.

Lakin həkimlərin səyinlərinə baxmayaraq C.Məhiyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

tag: Sumqayıt, Sirkə, Turşu, Zəhərlənmə, Bakı, Prokrorluq, todaypress.az,