42 yaşlı qadın dəm qazından boğularaq öldü
Hadisə
30.11.2024 22:54
Sabirabad rayonunda qadın dəm qazından
boğulub.
TodayPress xəbər verir ki, hadisə rayonun
Axtaçı-Muğan kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1982-ci il təvəllüdlü
Əliyeva Pərvanə Əlimərdan qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Dəm Qazı, Boğulma, Ölüm, Sabirabad,Muğan, todaypress.az,