42 yaşlı kişini dişlədi
Hadisə
25.09.2024 23:35
Mingəçevirdə sahibsiz it küçədə
42 yaşlı kişini dişləyib.
TodayPress xəbər verir ki, hadisə axşam saatlarında Bağlar yaşayış massivi ərazisində baş verib. Küçədə dolaşan sahibsiz it 1982-ci il təvəllüdlü şəhər sakini Misir Mustafayevə hücum edərək onu dişləyib.
Xəstəxanaya çatdırılan kişiyə zəruri tibbi yardım
göstərilərək ona quduzluq əleyhinə vaksin vurulub.
tag: İt, Quduz, Kişi, Dişləmək, Mingəçevir, Xəstəxana, todaypress.az,