41 yaşlı kişini yanacaq daşıyan avtomobil vurub öldürdü
Hadisə
06.06.2024 21:58
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər veürir ki, 1983-cü il təvəllüdlü Elşən Əzizov yolu keçərkən onu yanacaq daşıyan avtomobil vurub.
Nəticədə E.Əzizov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır (apa).
tag: Piyada, Siyəzən, Bakı-Quba , Avtomobil, todaypress.az,