37 yaşlı piyadanı maşın vurdu

Hadisə

14.04.2025 23:50

9

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

TodayPress-in  məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını yolu keçmək istəyən 1988-ci il təvəllüdlü E.Rzayevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə, Yol Qəzası, Piyada, Sürücü, Niva, Xəstəxana, todaypress.az,