32 yaşlı Zaqatala sakini yüksək dağlıq ərazidə ölü tapıldı
Hadisə
25.01.2025 08:56
32
yaşlı Zaqatala rayon sakini yüksək dağlıq ərazidə məşhur Şamil yaylağında ölü
tapılıb.
TodayPress
xəbər
verir ki, Zaqatala rayon Axaxdərə kənd sakini 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun
meyiti bu gün axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin
Zaqatala rayonu Car kənd inzibati ərazisinin yüksək dağlıq hissəsində Şamil
yaylağının yaxınlığında aşkar olunub.
Hazırda
rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən H. Məmmədovun
meyitinin yüksək dağlıq ərazidən düşürülməsi istiqamətində işlər aparılır. H. Məmmədovun
hansı şəraitdə ölməsi məlum deyil.
Qeyd edək ki, H. Məmmədov 44 günlük Vətən müharibəsi
iştirakçısı olub və qazidir.
tag: Zaqatala,Şamil, Axaxdərə, Ölü, todaypress.az,