31 yaşlı kişini butulka ilə yaraladılar

Hadisə

09.04.2025 23:20

12

Gəncədə 31 yaşlı kişini başından butulka ilə vurublar.

TodayPress-in xəbərinə görə, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Belə ki 1993-cü il təvəllüdlü R.Mayılov başının təpə nahiyəsinin və üzünün çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

tag: Butulka, Gəncə,Xəsarət, Polis, Xəstəxana, todaypress.az,