3 tondan çox çətənə bitkisi məhv edildi

Hadisə

22.06.2024 11:20

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan TodayPress-ə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən 3 tondan artıq 6 min 832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

tag: Çətənə Bitkisi, Füzuli, Qacar Kəndi, Xaş-xaş, todaypress.az,