3 avtomat, 1 tapança aşkar edilərək götürüldü
Hadisə
31.12.2024 11:30
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-dən TodayPress-ə verilən xəbərə görə, dekabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 1 qumbara, 15 tüfəng, 2 patron darağı və 494 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
tag: Daxili İşlər Nazirliyi,Qanunsuz,Silah,Sursat,Qumbara,todaypress.az,