29 kiloqrama yaxın narkotik aşkarlandı

Hadisə

03.05.2025 11:08

13

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 2-də ümumi çəkisi 28,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,7 kiloqrama yaxın heroin, 22,6 kiloqrama yaxın marixuana və 2,5 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,