"28 May" metrosunda nasazlıq yarandı
Hadisə
04.12.2024 19:05
Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.
TodayPress xəbər verir ki, bu barədə Metropoliten məlumat yayıb.
Bildirilib ki, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb.
Qatara texniki baxış keçiriləcək.
tag: Bakı,Bakı Metropoliteni ,Sərnişinlər ,Platforma ,todaypress.az,