26 yaşlı qız hamamda qazdan boğulub öldü
Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.
TodayPress xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.
Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
tag: Qız, Ölüm, Qaz ,Ekspert, todaypress.az,