24,1 kiloqrama yaxın narkotik aşkarlandı

Hadisə

18.02.2025 12:19

2315

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də ümumi çəkisi 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9 kiloqrama yaxın heroin, 11,7 kiloqrama yaxın marixuana və 3,4 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, Qəbul,Todaypress.az,