22 kiloqrama yaxın narkotik aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 4-də ümumi çəkisi 21,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə
TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin və 20,3 kiloqramdan çox marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,