2 yaşlı körpə xəstəxanada öldü

Hadisə

17.04.2025 21:30

8

Kürdəmirdə xəstəxanaya gətirilən azyaşlı ölüb.

TodayPress "Report"a istinadən xəbər verir ki, hadisə saat 20:00 radələrində qeydə alınıb.

Belə ki, Göygöl sakini, 2023-cü il təvəllüdlü Məmmədov Ramal Ramin oğlu yaxınları ilə avtomobillə Kürdəmir ərazisindən keçərkən halı pisləşib.

Yaxınları onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

tag: Azyaşlı, Ölüm,Kürdəmir, Göygöl, Xəstəxana, Həkim, todaypress.az,