2 yaşlı körpə 6-cı mərtəbədən düşərək öldü

Hadisə

10.06.2024 09:10

Bakıda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.

TodayPress xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.

2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsində yıxılaraq "Kia" markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır (apa).

tag: Bakı, Səbail rayonu, Akademik, Hadisə, todaypress.az,