2 qadının 30 min manatı və 10 min manatlıq qızılı oğurlandı
Hadisə
19.08.2024 14:19
Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları və mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub.
TodayPress xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.
Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir.
tag: Nərimanov, DİN, Polis, Araşdırma, Oğurluq, todaypress.az,