19 yaşlı qadın dəm qazından boğularaq öldü

Hadisə

17.12.2024 20:54

Salyan sakini dəm qazından boğularaq ölüb.

TodayPress xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Salyan, Astara, Xələc, Dəm Qazı, Ölüm, todaypress.az,