18 kiloqrama yaxın narkotik aşkarladı
Polis əməkdaşları narkotiklərlə bağlı bir neçə əməliyyat keçirib.
Bu barədə TodayPress-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində fevralın 15-də və 16-da ümumi çəkisi 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
tag: Narkotik,Maddə,Hadisə,DİN,Marixuana,18 kiloqram,Todaypress.az,