133 kq-a yaxın narkotik vasitə aşkar olundu

Hadisə

13.08.2024 10:04

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 12-də ümumi çəkisi 132,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə TodayPress-ə DİN-dən bildirilib.

Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqrama yaxın heroin, 127,7 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın metamfetamin, həmçinin 1000 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

tag: Polis, Narkotik, Əməliyyat, DİN,Qanunsuz, todaypress.az,