11 kiloqramdan çox narkotik vasitə aşkarlandı
Hadisə
09.11.2024 12:05
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 8-də ümumi çəkisi 11,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə TodayPress-ə Daxili İşlər
Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, narkotik vasitələr - 1,5 kiloqramdan
artıq heroin, 8,1 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin,
həmçinin 2 ədəd metadon və 854 ədəd preqabalin həbi qanunsuz dövriyyədən
çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə
tədbirləri davam etdirilir.
tag: Bakı, Polis, Narkotik, Əməliyyat, todaypress.az,