1 tondan çox yabanı çətənə bitkisi yandırıldı
Hadisə
18.08.2024 11:10
Ağdam
Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq
tədbir keçiriblər.
TodayPress
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional
qrupu məlumat yayıb.
Bildirilib
ki, tədbir zamanı işğaldan azad edilmiş Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin
ərazisində yabanı halda bitən ümumilikdə 1 tondan artıq 3899 ədəd çətənə
bitkisi toplanılaraq yandırılıb.
tag: Çətənə,Yandırıldı,Bərdə,DİN, Narkotik, Məlumat, todaypress.az,