“Yüksəliş”ə rekord səviyyədə qeydiyyat olub
“Yüksəliş” müsabiqəsinə builki qeydiyyat əvvəlki illərlə müqayisədə rekord səviyyədə olub”.
TodayPress xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin mətbuat konfransında müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
Onun sözlərinə görə, bu il müsabiqədə qeydiyyatdan keçmiş 16 553 iştirakçıdan 78 nəfərin müraciəti yaş və ali təhsil meyarlarına uyğun gəlmədiyi üçün ləğv edilib.
Bildirilib ki, qeydiyyatdan keçən iştirakçıların 11923-ü kişi, 4630-u isə qadın olub.
“Maraqla qarşılanan müsabiqəyə bu il 9976 nəfər təkrar müraciət edib. Müsabiqəyə ilk dəfə müraciət edən namizədlərin sayı isə 6577 nəfərdir”.
Qeyd edək ki, ümumilikdə 5 il ərzində “Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı isə 39536 nəfər olub.
Eyni zamanda bütün illərdə kişilərin sayı qadınların sayından çox olub.
Töhfə Səməd
tag: Yüksəliş,Müsabiqə,Rekord,Qeydiyyat,Todaypress.az,