“Yüksəliş”ə qeydiyyat başa çatıb
Beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.
TodayPress xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin mətbuat konfransında müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
Onun sözlərinə görə, fevralın 28-də başlayan qeydiyyat mərhələsi aprelin 10-da uğurla başa çatıb.
Nəzərə çatdırılıb ki, bu müddət ərzində ümumilikdə 16 553 nəfər müsabiqəyə qatılmaq üçün müraciət edib.
Töhfə Səməd
tag: Yüksəliş,Müsabiqə,Qeydiyyat,Son,Todaypress.az,