“Yüksəliş” müsabiqəsinə ən çox müraciət olunan rayonlar açıqlandı

Elm və Təhsil

18.04.2025 12:21

12

“Yüksəliş” müsabiqəsinə namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarından müraciət ediblər”.         

TodayPress xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin mətbuat konfransında müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaş arası müəyyən edilib. 

Bildirilib ki, qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alıb.

“Müsabiqəyə müraciət edən namizədlərin 56.48%-i dövlət sektorunda, 41.05 %-i özəl sektorda, 1.49 %-i qeyri-hökumət təşkilatlarında (QHT), 0.98 %-i isə beynəlxalq qurumlarda çalışır”.

Töhfə Səməd

tag: Yüksəliş,Müsabiqə,Rayon,Müraciət,Todaypress.az,