Yoxlama başa çatdı: 6 direktor və 4 müavin işdən çıxarıldı
Elm və Təhsil
03.06.2024 11:29
Orta
ixtisas təhsili müəssisələrində keçirilən ilkin monitorinqlər yekunlaşıb.
Elm və
Ali Təhsil üzrə Dövlət Agentliyindən TodayPress-ə verilən xəbərə görə, Agentlik
tərəfindən Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsil müəssisəsində
monitorinqlər keçirilib. Bununla da Agentliyin tabeliyində fəaliyyət göstərən
orta ixtisas təhsili müəssisələrində ötən ilin sonundan etibarən keçirilən
ilkin monitorinqlər yekunlaşıb.
Monitorinqlər
zamanı kolleclərin maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış
keçirilib, eləcə də tədris prosesi izlənilib. Nəticədə Ağdam Dövlət
Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində
Sosial-İqtisadi Kolleci, ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və ADİU-nun nəzdində
Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorları və Azərbaycan Dövlət
Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleclərinin tədris
işləri üzrə direktor müavini vəzifəsindən azad edilib.
Qeyd edək
ki, monitorinqlər ölkə üzrə 35 orta ixtisas təhsil müəssisəsində keçirilib və nəticələr
barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb. Monitorinqlər nəticəsində
ümumilikdə 6 direktor və 4 direktor müavini ilə bağlanmış əmək müqaviləsinə
xitam verilib.
tag: Dövlət, Agentlik, Direktor, Müavin, Yoxlama, todaypress.az,