Vəfadar Misirov: "DİM imtahanlarla bağlı fasiləsiz işləyir"
“İmtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması üçün Mərkəz tərəfindən fasiləsiz iş aparılır”.
TodayPress xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov bunu KİV nümayəndələrinin 8 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesi”ni müşahidə etmək üçün təşkil olunan mediator zamanı deyib.
Onun sözlərinə görə, müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirilir.
Töhfə Səməd
tag: DİM,İmtahan,Qəbul,Mərkəz,Todaypress.az,